31 yanvar 2025-ci il tarixində Sindikativ kreditləşmənin təkmilləşdirilməsi və təşviqi üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir.
İclasda sindikativ kreditləşmə üzrə maliyyələşmə üsulunun təşviqi və prosedurların təkmilləşdirilməsi üçün banklardan toplanan rəy və təkliflər müzakirə edilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.