Digər xəbərlər


İZİA-nın ötən il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib
07.02.2025

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında və aqroparklarda ötən il görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2024-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov media nümayəndələrinə Agentliyin idarəçiliyində olan sənaye zonalarında və aqroparklarda ötən il görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Bildirilib ki, 2024-cü ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ötən il həmin sənaye zonalarında 10 müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 48,6 milyon manat investisiya yatırılıb, 379 daimi iş yeri yaradılıb.

Sənaye zonalarında indiyədək investisiya portfeli 7,9 milyard manatdan çox olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox sərmayə yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb.

2015-2024-cü illərdə sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib.

2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi ixracın payına düşür. 2023-cü illə müqayisədə ixrac 8,1% artıb. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. 2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6%, ixracında isə 26% təşkil edib.

Bu il İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Bu müəssisələrin fəaliyyətə başlaması ilə 1000-ə yaxın daimi iş yeri yaradılacaq.

İşğaldan azad edilmiş ərazilərimizdə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları barədə məlumat verilib. Qeyd olunub ki, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70%-ə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Sənaye parkı cəmi bir neçə il öncə yaradılmasına baxmayaraq, rezidentlərinin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük sənaye parkına çevrilib. İndiyədək Ağdam Sənaye Parkında 29 biznes subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 107 milyon manat investisiya yatırılıb, 450-dən çox daimi iş yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, ixrac edilir. Sənaye parkında sahibkarlar tərəfindən 22,3 milyon manatlıq məhsul satışı həyata keçirilib.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 16 rezidenti və 2 qeyri-rezidenti var. İndiyədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın iş yeri yaradılıb.

İZİA-nın idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günədək 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər.

Agentliyin idarəçiliyində olan aqroparklar barədə bildirilib ki, indiyədək 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb. 22 rayon üzrə 66,3 min ha ərazidə yerləşən bu aqroparklardan 23-ü fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 mlrd. manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb. Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqropark üzrə 34 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. İndiyədək rezidentlər tərəfindən 44 mln. manat investisiya qoyulmaqla 121 daimi, 457 mövsümi iş yeri açılıb.

Sabirabad Pilot Aqroparkının ərazisi 7544 hektar təşkil edir. Hazırda 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Rezidentlər tərəfindən 4100 ha sahədə əkin işləri görülüb. İndiyədək görülən işlərə 22,4 milyon manat sərmayə yatırılıb, 98 daimi, 397 mövsümi iş yeri yaradılıb.

Media nümayəndələri İZİA-nın idarəçiliyində olan Peşə Təhsil Mərkəzinin fəaliyyəti barədə də məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, Mərkəzdə 16 ixtisas üzrə 384 tələbə təhsil alır. Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. 2024-cü ildə 8 müəssisə və təşkilatla anlaşma memorandumu, 18 şirkətlə isə əməkdaşlıq müqaviləsi imzalanıb. 2023-2024-cü illərdə məzun olmuş tələbələrin 65%-dən çoxunun məşğulluğu təmin edilib.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment