“Global Energy Solutions” MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
07.02.2025
16 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Global Energy Solutions” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir. “Global Energy Solutions” MMC-nin istiqrazlarının abunə yazılışı 21.01.2025-ci il tarixindən başlayaraq, 14 gün davam etmiş və fevralın 3-ündə yekunlaşmışdır.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 7 fevral 2025-ci il tarixində yekunlaşmışdır.
“Global Energy Solutions” MMC-nin AZ2001025884 İSİN kodlu qiymətli kağızlarının ticarət nəticələrinin “Qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması, ticarətinin dayandırılması, delistinqi” qaydalarının 3.19 və 3.20-ci bəndlərindən irəli gələn tələblərə uyğun olmadığı üçün, sözügedən kağızlar listinq siyahısına əlavə edilməmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
“Global Energy Solutions” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001025884
İstiqrazın növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/Abunə yazılışı
İstiqrazın sayı
50,000 (ədəd)
İlkin ticarət qiyməti
100 manat
Buraxılış həcmi
5,000,000 manat
İllik gəlirlilik faizi
12%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 ( üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə)