Banklar


Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb
07.02.2025

Unibank Sahibkarlığın İnkişafı Fondunun (SİF) “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” çərçivəsində ilk kreditini ayırıb. “Unibank”ın təqdim etdiyi zəmanətli və güzəştli biznes krediti sayəsində, “AS İstehsal” MMC Ağdam rayonu, Ağdam Sənaye Parkında beton məmulatları istehsalı sahəsinin təşkilinə başlayıb. Ümumi dəyəri 5,5 milyon manatdan çox olan layihənin xeyli hissəsi SİF vəsaiti hesabına Unibak KB tərəfindən ayrılan 3 milyon manatlıq güzəştli kreditlə həyata keçiriləcək. İnvestisiya proqramı üzrə 65 yeni iş yerinin açılması planlaşdırılır. 

“Unibank KB” ASC-nin Biznes Bankçılığı üzrə Baş DirektoruTahir Qəribov bildirib ki, azad edilən torpaqlarımızda biznes fəaliyyətinin dəstəklənməsində yaxından iştirak qürurvericidir: “Real sektora dəstək “Unibank”ın yeni strateji hədəflərində xüsusi yer tutur. İstər paytaxtda, istərsə də regionlarımızda minlərlə sahibkara dəstək olaraq, bizneslərini böyütməsində yaxından iştirak etmişik. Bu fəaliyyətdə “Unibank”ın SİF vəsaiti hesabına ayırdığı güzəştli kreditlər də sahibkarlar üçün böyük əhəmiyyət daşıyır.İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlara dəstək isə hər bir maliyyə qurumu üçün fəxrdir. Biz,Unibank olaraq bu istiqamətdə ilk kreditimizi ayırdığımız üçün çox şadıq. Təbii ki bu proses davam edəcək. Bu il ərzində də Sahibkarlığın İnkişaf Fondunun  “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bir neçə layihənin maliyyələşdirilməsi planlaşdırılır”. 

“AS İstehsal” MMC-nin direktoru Səbuhi Məmmədov isə ayrılan güzəştli kreditin layihənin sürətlə icrasına təkan verdiyini bildirib: “  “AS İstehsal” MMC uzun illərdir keyfiyyətli əmtəə betonu, metal karkas, dəmir-beton məhsulları, səki və döşəmə daşları, habelə divar blokları istehsal edərək, Azərbaycanın tikinti materialları bazarında xüsusi yer tutur. Ağdam Sənaye Parkı ərazisində inşa etdiyimiz beton məmulatlarının istehsalat bazası işğaldan azad edilmiş ərazilərin yenidən bərpasında mühüm rol oynayacaq. Uzun illərin istehsalat təcrübəsinin davamı olaraq, yeni istehsal ediləcək məhsullar çox yüksək keyfiyyətə malik olacaq. İstehsalat bazasının uyğun lokasiyada olması, şəhər və qəsəbələrin tez bir zamanda abadlaşdırlmasına kömək edəcək. Layihənin istehsalat sahələri bu il fevralın sonunadək, inzibati binaların inşası isə aprelin axırlarında yekunlaşacaq. Unibank tərəfindən ayrılmış kredit layihəmizin vaxtında icra edilməsinə böyük tövhə vermiş oldu”.

Unibank Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondunlayihələrində aktiv iştirak edir. SİF-lə əməkdaşlıq çərçivəsində bank sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirir.

“Unibank”ın digər biznes krediti məhsulları və xidmətlərindən  filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Rəqəmsal”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi” eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index ) əldə etmək olar.

Unibank- Sənin Bankın! 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment