Digər xəbərlər


Ölkəmizdə ilk dəfə keçiriləcək Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!
07.02.2025

“Facemark” və “İNCİ - İşgüzar xanımların ünsiyyət klubu”nun birgə təşkilatçılığı ilə 4 mart 2025-ci ildə Gülüstan Sarayında Qadın Liderləri Zirvəsi keçiriləcək. Tədbir “Fərqlərin Bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri və fikir öndərlərini bir araya gətirəcək. Bütöv günü əhatə edəcək tədbir zamanı iştirakçılar fərqli sahələrdən olan qadınların panel mövzuları üzrə çıxışılarını dinləyəcək, onların təcrübələrindən öyrənəcək və liderlikdə bərabərliyin, həmçinin fərdlərin deyil, fərqlərin bərabərliyinə vurğu edəcəklər.

“Qadın Liderləri Zirvəsi”ndə müxtəlif sahələrdən olan ekspertlər liderlik, innovasiya və rəqəmsal transformasiya mövzularını müzakirə edəcəklər. “Lider qadın, yoxsa qadın lider?”, “İnnovasiya və strateji yanaşmalar” və “Rəqəmsal trendlər dövründə qadınlar”panellərində peşəkar moderator və spikerlər müxtəlifliyin gücünü ön plana çəkərək, fərqli təcrübə və bacarıqların bir-birini necə tamamladığını nümayiş etdirəcəklər.



Tədbirin açılış paneli olan “Lider qadın, yoxsa qadın lider?” mövzusunda Kapital Bank ASC-nin İdarə Heyətinin üzvü Fərqanə Məmmədova moderatorluq edəcək. Paneldə Aynur Süleymanlı (“ABB”nin Baş direktoru), Gülzar Quliyeva (“GDG Professionals” şirkətinin təsisçisi) və Nigar Baimova (“Ders Evi”İnnovativ təhsil mərkəzinin Baş direktoru) çıxış edəcəklər.

“İnnovasiya və strateji yanaşmalar” panelinə isə “PAŞA Kapital” İnvestisiya Şirkətinin Marketinq direktoru Gülşən Cumayeva moderatorluq edəcək. Paneldə Natəvan Məmmədova (İslam Ticarət və İnkişaf Palatasının (ICCD) Qadınların İqtisadi Gücləndirilməsi üzrə rəhbəri), Mehriban Nəzərova (“PAŞA Real Estate”in Təşkilati İnkişaf direktoru), Günay Cəlilova (“Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini), Tuğra Musayeva (“PAŞA Holdinq”in İnnovasiyalar şöbəsinin müdiri) və Aysel Gülməmmədova (“Baku Design Acdemy”nin təsisçisi) öz təcrübələrini bölüşəcəklər.

Son panel olan “Rəqəmsal trendlər dövründə qadınlar” isə “FutureBright” şirkətinin Azərbaycan üzrə Ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə keçiriləcək. Paneldə Gülbəniz Qənbərova (Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri), Elnarə Nəhmədova (“Beauttech” gözəllik salonları şəbəkəsinin təsisçisi), Nigar Ələsgərova (“INSUN” mərkəzinin təsisçisi) və Aynur Xəlilova (“Dably Baku”nun təsisçisi) çıxış edəcəklər.

Qeyd edək ki, yazıçı, publisist Aqşin Yenisey və “Azprint” şirkətinin təsisçisi

Səidə Qasımova məruzəçi qismində çıxış edəcəklər. 

Zirvə zamanı qadın liderlərin uğur hekayələri, innovativ yanaşmalar və rəqəmsal dünyada qadınların rolu ətrafında geniş müzakirələr aparılacaq. Tədbir iştirakçıları müxtəlif sahələrdə çalışan peşəkarların fikirlərindən ilhamlanaraq yeni imkanlar, təcrübələr qazana biləcəklər.

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak üçün zirvənin rəsmi veb səhifəsinə (www.qlz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.

https://www.instagram.com/qadinliderlerizirvesi/

https://www.facebook.com/profile.php?id=61565512810752

https://www.linkedin.com/company/qad%C4%B1nliderl%C9%99rizirv%C9%99si/?viewAsMember=true


 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment