Banklar


Yeni bir dövrün başlanğıcı: Bir ekosistem ictimaiyyətə təqdim olundu
07.02.2025

7 fevral 2025-ci il tarixində ölkənin biznes və maliyyə mühitinə yenilik gətirən Bir ekosistemi rəsmi olaraq ictimaiyyətə təqdim olundu. Bir ekosistem PAŞA Holding tərəfindən yaradılıb və holdiqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilər üçün daha rahat istifadə təcrübəsi təmin etməyi hədəfləyir.Ekosistem Birbank, m10,MilliÖn, Umico.az və holdinqin birgə müəssisələri olan BakıKart vəTrendyol Azərbaycanın xidmətlərini bir araya gətirdi. 

Tədbir Birekosistemin İcraçı Direktoru Fərid Məmmədovun çıxışı ilə başlayıb. O, qeyd edib ki, ekosistemin əsas məqsədi müştərilərin gündəlik ehtiyaclarına təbii şəkildə inteqrasiya olmaqla onlara uyğun həllər təklif etmək və yeni imkanlar yaratmaqdır: “Biz müştərilərimizə yalnız xidmət təqdim etmirik, onların həyatını asanlaşdıran və dəyər qazandıran bir mühit yaradırıq” – deyə o çıxışında vurğulayıb. 

Bir ekosistem ölkənin maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində aparıcı rol oynayan Birbank, Umico.az, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsinigenişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Belə ki, müştərilər artıq partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Umico.az-da Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalana bilirlər. Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə dörd əsas yenilikçi konsept üzərində qurulub: Vahid giriş, bonus, ödəniş və kredit platforması. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.

Tədbirin sonunda Fərid Məmmədov Bir Ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: “Biz innovativ və dəyər yaradan həllər təqdim etməyə davam edəcəyik. Hədəfimiz, ölkənin hər bir vətəndaşının həyatına real təsir göstərmək və onların gündəlik ehtiyaclarını daha rahat və sərfəli etməkdir”.

Rəsmi təqdimat mərasimində Bir ekosistemini təşkil edən şirkətlərin – Birbank, Umico.az və M10, MilliÖn Baş icraçı direktorları Fərid Hüseynov, Rauf Qulaməliyev və Samir Məmmədov rəhbərlik etdikləri şirkətlərin ekosistemdəki rolları barəsində ətraflı məlumat təqdim ediblər. Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment