13 Fevral 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilib.
Görüşdə requlyativ tələblərdən irəli gələrək informasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin daxili audit funksiyası tərəfindən qiymətləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi məqsədi ilə xarici banklarla təcrübə mübadiləsi proqramının təşkili və illik əsasda audit olunmalı sahələr haqqında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.