Digər xəbərlər


47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib
18.02.2025

47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib

Fevralın 17-də “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda təlimlərə başlanılıb. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının birgə əməkdaşlığı ilə icra edilən “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilən təlimlərin ilk hissəsi nəzəri-metodoloji əsaslı məsələləri əhatə edir.

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb edilmiş büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Sosial müdafiə və sosial təminat”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələrinə daxil olan sektorlarda fəaliyyəti olan 47 dövlət qurumundan 55 nümayəndə hədəf auditoriyası kimi müəyyən edilərək təlimlərə cəlb edilib. 

Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Mərkəzinin təlimçi qrupu tərəfindən fevralın 28-dək keçiriləcək təlimlərdə sektorlar üzrə strateji və büdcə planlarının tərtibi, mövcud və davam edən tədbirlərə, yeni siyasət təşəbbüslərinə dair büdcə sifarişlərinin hazırlanması, fiskal risklərin idarə edilməsi, strateji planların icra vəziyyətinin yoxlanılması, həmçinin icmallaşdırılmış büdcə planlarının monitorinqinin aparılması mövzularına dair nəzəri-metodoloji, habelə məlumat mübadiləsi formalarının izahına, proqram və nəticəəsaslı büdcə mexanizmini prosesual olaraq tənzimləyən metodoloji çərçivə ilə müəyyən edilən digər məsələlərə dair praktiki məşğələlər keçiriləcək.

Cari ilin aprel-iyun aylarında isə praktiki ixtisaslaşdırılmış xüsusi tədris proqramı üzrə interaktiv təlimlərin keçirilməsi nəzərdə tutulur.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment