Sayca 18-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFoodAzerbaijan” sərgiləri 13-16 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Sərgilərdə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Uzun illərdir ki, “CaspianAgro” və “InterFoodAzerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. 2024-cü ildə sərgiləri Prezident İlham Əliyevlə birgə Belarus Prezidenti Aleksandr Lukaşenko da ziyarət etmişdir.“CaspianAgro” sərgisinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir.
Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər.
2025-ci il “InterFoodAzerbaijan” sərgisi üçün əlamətdar olacaqdır. Belə ki, regionunun ən böyük qida sənayesi üzrə ixtisaslaşmış sərgisi olan “InterFoodAzerbaijan” sərgisi 30 illik yubileyini qeyd edəcək.
Hazırda aktiv şəkildə sərgilərə hazırlıq prosesi davam edir. 2024-cü ildə rekord sayda iştirakçı auditoriyasına sahib olmuş sərgilər Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə etmişdir. Bu il də Bakı Ekspo Mərkəzindəəksər yerlər müxtəlif ölkələri təmsil edən sərgi iştirakçıları tərəfindən tutulmuşdur.Beləliklə, sərgilərdə iştirak üçün məhdud sayda yerlər qalmışdır.
“CaspianAgro” və “InterFoodAzerbaijan” sərgilərində Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus,Belçika, Çin, Cənubi Koreya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İordaniya, İran İslam Respublikası, İspaniya, İsrail, İtaliya, Latviya, Misir, Niderland, Rusiya Federasiyası, ŞriLanka, Türkiyə, Türkmənistan, Ukrayna və Yunanıstan şirkətləri artıq iştiraklarını təsdiq ediblər. Almaniya, Belarus, Gürcüstan, İtaliya, Koreya, Şri-Lanka və ilk dəfə olaraq Misir milli qruplar şəklində kənd təsərrüfatı və qida sənayesi məhsullarını sərgilərdə təqdim edəcək.“PriorLeasing ASC” bu sərginin qeydiyyat sponsoru qismində çıxış edəcəkdir.
“CaspianAgro” və “InterFoodAzerbaijan” sərgilərinin təşkilatçıları “CaspianEventOrganisers” şirkəti, eləcə də onun tərəfdaşları olan “CaspianEventManagement” və “ICA Events” şirkətləridir.
Sərgilər haqqında ətraflı və yenilənən məlumatı www.caspianagro.azvə wwww.interfood.azrəsmi internet səhifələrindən,eləcə də sosial şəbəkə hesablarındanəldə etmək mümkündür.
Eləcə də, 2025-ci ildə təşkil ediləcək sərgilərin təqvimini rəsmi internet səhifəsində (https://exhibitions.ceo.az/az/exhibitions-calendar)və sosial şəbəkə hesablarında nəzərdən keçirməkolar.