Görüşdə mərkəzi banklar tərəfindən monetar siyasət sahəsində həyata keçirilən islahatlar, eləcə də rəqəmsal valyutaların və maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi tendensiyaları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin qurumlar arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, bu çərçivədə bilik və təcrübə mübadilələrinin təşkili məsələləri müzakirə olunub.