Digər xəbərlər


Mərkəzi Bankda “SWIFT” İstifadəçilər Qrupunun nümayəndələri ilə görüş keçirilib
19.02.2025

Mərkəzi Bank ölkədə ödəniş sistemlərinin təkmilləşdirilməsini və qlobal standartlara uyğunlaşdırılmasını, rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsini və səmərəliliyinin artırılmasını, eləcə də ən yaxşı təcrübələrin tətbiq edilməsini diqqətdə saxlayaraq bu istiqamətdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Bu əməkdaşlıq çərçivəsində növbəti dəfə Mərkəzi Bankda “SWIFT” təşkilatının nümayəndə heyəti ilə kommersiya banklarının və müvafiq maliyyə qurumlarının nümayəndələrindən ibarət “SWIFT” İstifadəçilər Qrupunun birgə görüşü təşkil olunub. Görüş zamanı “SWIFT” təşkilatı tərəfindən reallaşdırılan hazırkı və gələcək fəaliyyət proqramları, strateji hədəflər, o cümlədən “G20” ölkələrinin transsərhəd ödənişləri üzrə qarşıya qoyulmuş məqsədlər müzakirə olunub.

Görüşdə çıxış edən Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov ödəniş sistemlərində həyata keçirilən islahatlardan və strateji prioritetlərdən danışarkən bildirib: “Maliyyə institutları və strateji tərəfdaşların Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ilə yaxından tanış olması və bu çərçivədə qeyd olunan təşəbbüslərə diqqət yetirməsi olduqca mühümdür. Eyni zamanda, hazırda banklarla yanaşı, Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatlarının da “SWIFT” şəbəkəsinə qoşulması fintex sahəsinin inkişafının önəmli göstəricilərindən biri olmaqla, maliyyə sektorunda növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilir”.

Daha sonra Azərbaycanda ödəniş əməliyyatlarının dinamikası, ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, “ISO20022” beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə “SWIFT” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda icra olunmuş innovativ ödəniş həlləri üzrə praktiki müzakirələr aparılıb. Kommersiya banklarının nümayəndələrinin müvafiq mövzularla bağlı çıxışları da baş tutub.

Mərkəzi Bank aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ölkədə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində layihələrin və strateji təşəbbüslərin həyata keçirilməsini davam etdirir.


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment