Neft və qaz


Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
07.03.2025

14 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. 

Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin qiymətli kağızların abunə yazılışı 15.01.2025-ci ildə başlayaraq 28.02.2025-ci il tarixinə kimi davam etmişdir. 

SOCAR istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi 07.03.2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.

Qeyd olunan qiymətli kagızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 bəndinin tələblərinə cavab verdiyinə görə Əsas Bazar Listinq seqmentinə alınır.            

Yerləşdirmədə sifariş saylarının 4%-ini hüquqi, 96%-ini isə fiziki investorlar təşkil etmişdir.

İstiqrazların buraxılışı “Yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi istiqamətində olduğundan istiqrazlar Bakı Fond Birjasının “Yaşıl İstiqraz Bazarı” üzrə listinqə alınır və “Yaşıl İstiqraz Bazarı” təsnifləşdirməsi üzrə ilk belə istiqrazlardır. Məlumat üçün qeyd edək ki, “Yaşıl İstiqraz Bazarı” üzrə listinqə alınan istiqraz üzrə illik listinq haqqı tutulmur.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2003019893

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Abunə yazılışı

İstiqrazların sayı

200,000 (ədəd)

İlkin ticarət qiyməti

1000 ABŞ dolları

Buraxılış həcmi

200,000,000 ABŞ dolları

Nominal (Yerləşdirmə) qiyməti*

1,000 ABŞ dolları

Reallaşdırılmış həcm

200,000,000 ABŞ dolları

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

220,000,000 ABŞ dolları

İnvestor sayı

412

Sifariş sayı

510

Anderrayter

PAŞA Kapital İ.Ş” QSC


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment