Banklar


Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
07.03.2025

Sahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çox istiqamətdə qadınların inkişafına yönəlik layihələrlə gündəmə gələn Birbank bu dəfə “Qadın Liderləri Zirvəsi”nin həyata keçirilməsinə dəstək oldu. “Facemark” və “İNCİ - İşgüzar Xanımların Ünsiyyət Klubu”nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Fərqlərin bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın lider, eləcə də bu yolda hədəfləri olan qadın bir araya gəldi. İştirakçılar panel müzakirələrdə dövlət və özəl sektorda çalışan lider xanımları dinləyib, müzakirələrdə aktiv iştirak etdilər. 

Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədovanın moderator olduğu ilk panel “Lider qadın, yoxsa qadın lider” mövzusuna həsr olundu. Paneldə spiker qismində İnsan resursları sahəsində geniş təcrübəyə malik, “GDG Professionals” şirkətinin təsisçi direktoru, biznes və həyat kouçu Gülzar Quliyeva, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, “Dərs Evi - İnnovativ Təhsil Mərkəzi”nin Baş direktoru Nigar Baimova, Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı, “Erickson Coaching International” şirkətinin İdarə Heyətinin üzvü Zerrin Başer kimi öz sahəsində lider mövqedə olan xanımlar təcrübələrini bölüşdülər. 

İştirakçıların da mütəmadi fikir bildirdikləri, interaktiv keçən geniş müzakirənin ardından Fərqanə Məmmədova panelin yekun rəyini səsləndirdi.“Liderlik cinsiyyətlə deyil, şəxsi keyfiyyətlər, bacarıqlar, davamlı inkişaf və özgüvənlə əlaqəlidir. Hər bir lider, insanları ilhamlandırma, düzgün qərar qəbuletmə və dəyişikliklərin idarə edilməsi qabiliyyəti ilə önə çıxır. Effektiv liderlər, yalnız özlərini deyil, eyni zamanda komandalarını da irəliləməyə və inkişaf etməyə təşviq edirlər. Çünki liderliyə gedən yol kiçik, amma əmin addımlarla başlayır və insan öz üzərində çalışmaqla, özünü inkişaf etdirməklə istədiyi pilləyə çata bilir. Dəyişikliklər ideya ilə deyil, hərəkətlə başlayır”. 

Daha sonra tədbir “İnnovasiya və Strateji Yanaşmalar” və “Rəqəmsal Trendlər Dövründə Qadınlar” mövzularının müzakirəsi ilə davam etdi. Ümumilikdə 3 moderator 14 spiker təcrübə və biliklərini iştirakçılarla paylaşdı. Onların məqsədi iştirakçılara liderlik yolunda innovativ yanaşmalar təqdim edərək qadınların işgüzar bacarıqlarını daha da inkişaf etdirmək oldu.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment