Banklar


Doğru yolda yeni karyera imkanları: Birbank-ın “PO Growth” proqramına start verildi
10.03.2025

Birbank-ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verildi. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq.

“PO Growth” proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçim mərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsas özəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqli ekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsul sahibləri, ekspert mərkəzi liderləri və “Agile” metodologiya üzrə yerli mütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik və bacarıqlarının inkişafına töhfə verəcək.

Təlimlər məhsulun ideya mərhələsindən başlayaraq, onun müştəriyə çatdırılması və sonrakı analiz mərhələsinə qədər bütün prosesi əhatə edəcək. Bu zaman həm texniki biliklərə, həm də yumşaq bacarıqların formalaşdırılmasına xüsusi diqqət ayrılacaq. Proqram “Agile” metodologiya prinsipləri əsasında təşkil olunub ki, bu da iştirakçılara real iş mühitinə daha sürətli adaptasiya olmaq vərdişləri qazandıracaq.

Qeyd edək ki, Birbank ölkənin ilk banklarından biridir ki, 2018-2020-ci illərdən etibarən “Agile” metodologiyanı öz iş proseslərinə tətbiq etməyə başlayıb. Bu yanaşma sayəsində bankın məhsul inkişafı prosesi daha səmərəli və müştəriyönümlü şəkildə qurulub. Məhz bu təcrübə əsasında yaradılan “PO Growth” proqramı gələcək məhsul sahiblərinin çevik düşüncə tərzində yetişdirilməsini hədəfləyir.

Proqramın açılış mərasimində çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova proqramın əhəmiyyətini vurğulayaraq bildirib: “Birbank olaraq, biz rəqəmsal məhsul idarəetməsi sahəsində əldə etdiyimiz bilik və təcrübəni yeni nəslə ötürməyi, onların inkişafına dəstək verməyi özümüz üçün böyük məsuliyyət və eyni zamanda qürur hesab edirik. İnanırıq ki, “PO Growth” proqramı gənclər üçün həm peşəkar karyera, həm də şəxsi inkişaf baxımından yeni imkanlar yaradacaq. Bu yolda sizə uğurlar arzu edir və gələcək uğurlarınızı səbirsizliklə gözləyirik”.

Birbank-ın həyata keçirdiyi “PO Growth” proqramı, həm bank sektorunda karyera qurmaq istəyənlər, həm də məhsul idarəçiliyi sahəsində peşəkar biliklərini artırmaq arzusunda olanlar üçün dəyərli platforma olacaq. Proqram 4 ay davam edəcək və iştirakçılar bu müddət ərzində intensiv təlimlər və real iş mühiti ilə tanış olacaqlar. Bu, Birbank-ın ölkədə insan kapitalının inkişafı və çevik idarəetmə mədəniyyətinin yayılması istiqamətindəki səylərinin növbəti uğurlu addımıdır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment