Digər xəbərlər


Haysam Əl-Qays: Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
10.03.2025

2025-ci ilin 3–5  iyun tarixlərində regionun ən önəmli enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) 30-cu yubileyini qeyd edəcək. “Baku Energy Week”in əsas hadisəsi isə 4–5 iyun tarixlərində keçiriləcək “Baku Energy Forum”dur. Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, investorları və biznes nümayəndələrini hər il bir araya toplayır.

“Baku Energy Forum” 2025  iştirakçılarına Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays salamlama məktubu ünvanlamışdır. Onun məktubunda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm bir platforma olduğu vurğulanır. “OPEC və qeyri-OPEC istehsalçıları arasında Əməkdaşlıq Bəyannaməsinin (DoC) vacib iştirakçısı olan Azərbaycan əsas enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilmişdir. Bu, COP 29-da aydın şəkildə özünü göstərdi və şübhəsiz ki, regionun enerji təqvimində önəmli yer tutan 30-cu Bakı Enerji Forumunda bir daha vurğulanacaq”, – deyə o salamlama məktubunda bildirmişdir.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays 2024-cü ildə “Baku Energy Week”in açılışında iştirak etmişdir və foruma salamlama məktubu göndərmişdir.

“Baku Energy Week”ə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment