Digər xəbərlər


“Gələcəyimizə investisiya” peşəkar inkişaf proqramı
11.03.2025

İnvestisiya dünyasının bir parçası ol, karyeranı uğurla qur!

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən həyata keçirilən “Gələcəyimizə investisiya” peşəkar inkişaf proqramı, karyerasını investisiya sahəsində qurmaq istəyən 4-cü kurs tələbəsi olan qızların ARDNF-nin ekspertlərinin mentorluğu ilə sahə üzrə bilik və məlumat səviyyəsini artırmaq, düzgün istiqamətləndirmək və onların şəxsi inkişafını, peşəkar bacarıqlarını gücləndirmək üçün nəzərdə tutulub.

İnkişaf proqramının davam etdiyi iki ay ərzində tələbələrə peşəkar inkişafı dəstəkləyən təlimlər keçiriləcək və sahə üzrə ekspertlərlə müntəzəm görüşlər təşkil ediləcəkdir. Həmçinin, tələbələr real iş proseslərində iştirak etməklə praktiki təcrübə qazanacaq və mentorların rəhbərliyi ilə fərdi bacarıqlarını inkişaf etdirəcəklər.

Seçim tələbləri:

Təhsil: Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, Riyaziyyat, Biznesin idarəedilməsi ixtisasları üzrə 4-cü kurs tələbəsi olmaq;

Maraq və motivasiya: İnvestisiya və maliyyə sahəsində karyera qurmaq istəyi;

Akademik göstəricilər: Ümumi orta qiymət balı (GPA) minimum 90/100 və ya ekvivalent;

Motivasiya videosu: Maksimum 3 dəqiqəlik qısa motivasiya təqdimatı (Azərbaycan dilində);

Xarici dil: İngilis dili (minimum B2 səviyyəsi).



Seçim prosesinin tarixləri:

Müraciətlərin toplanması: 10 mart - 13 aprel

İlkin seçim: 14-21 aprel

Müsahibələr: 21-28 aprel

Yekun seçim: 30 aprel

Qeyd1: Video təqdimatla bağlı aşağıdakı məqamları nəzərə almağınız xahiş olunur:

Video təqdimat “google drive” linkinə yerləşdirilərək müraciət formunun müvafiq hissəsinə əlavə olunmalıdır

Çıxışınızda “Maliyyə və investisiya sahəsinə marağınızın səbəbi nədir?” və “Bu mentorluq proqramından nə öyrənməyi hədəfləyirsiniz və bunun gələcəkdə sizə necə faydalı olacağını düşünürsünüz?” suallarını əhatə etməlisiniz.

Qeyd2: Tələbələrin müraciət zamanı ümumi orta qiymət ballarını (GPA) təsdiq edən universitet tərəfindən təmin edilən möhürlü sənədi də əlavə etmələri xahiş olunur.

Proqramın müddəti 2025-ci ilin may-iyun aylarını əhatə edir.

Müraciətlərin qəbulu üçün son tarix: 13 aprel 2025-ci il, saat 18:00


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment