7 mart 2025 – cil tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin Maliyyə Hüququ Qrupu və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu” və “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin iştirakı ilə görüş keçirilmişdir.
Görüş zamanı ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni qanunvericilik və tənzimləmədə çağırışlar mövzusunda fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.