Digər xəbərlər


ASK-nın “Nəqliyyat və Logistika Komissiyası”nın iclası keçirilib
18.03.2025

Martın 17-də Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Nəqliyyat və Logistika Komissiyası”nın iclası keçirilib. Komissiyanın sədri Kamran Həbibov bildirib ki, “Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır və Komissiya üzvləri bu prosesdə aktiv iştirak edirlər.

İclasda ötən müddətdə görülən işlər, dövlət-özəl dialoqunun nəticəsi olaraq gömrük rəsmiləşdirilməsində müddətlərin qısadılması, bir çox xidmətlərin rəqəmsallaşması kimi irəliləyişlərə nail olunduğu diqqətə çatdırılıb.

Komissiya üzvləri konteyner yüklərin daşınmasında bu ildən çəki və hündürlük məsələlərinin ortaya çıxdığını və bunun yerli daşıyıcıların işinə çətinliklər yaratdığını bildiriblər. Eyni zamanda, İpəkyolu terminalında qrup malların rəsmiləşdirilməsi, ümumiyyətlə gömrük prosedurlarının təkmilləşdirilməsinin zəruriliyini qeyd ediblər. Bununla bağlı fikir mübadiləsi aparılıb və Komissiyanın Konfederasiya rəhbərinə müraciət etməsi qərara alınıb.

İclasda həmçinin 2025-ci il üzrə Komissiyanın fəaliyyət planı müzakirə qeyd edilib. Ölkəyə tikinti materialı və xammalının idxalı, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracı üzrə logistika məsələlərinin aidiyyəti biznes təşkilatları və dövlət qurumları ilə birlikdə araşdırılması məqsədə uyğun hesab olunub.

Nəqliyyat, logistika sahəsində xidmət göstərən şirkətlərin müvafiq rəsmi qeydiyyatdan keçməsinin vacibliyini diqqətə çatdıran Komissiya üzvləri “boz işləyən”lərin aşkar edilməsinin bu sahədə sahibkarların hüquqlarının qorunmasına və bazar risklərinin azalmasına müsbət təsir göstərəcəyini qeyd ediblər.


 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment