Digər xəbərlər


İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
18.03.2025

İqtisadiyyat nazirinin İsrailə səfərində ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın güclənməsinə dair müzakirələr aparılıb, SOCAR “Union Energy” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan-İsrail iqtisadi əməkdaşlığının inkişafına dair bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Qəbul zamanı Azərbaycan və İsrail xalqları arasında tarixi və mədəni əlaqələr vurğulanıb, dövlət başçılarının təşəbbüsləri sayəsində münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğu diqqətə çatdırılıb. Tərəflər qarşılıqlı əlaqələrin istiqamətləri və iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Həmçinin, ölkəmizin Orta Asiyaya çıxış nöqtəsi kimi dəyərləndirilməsi, ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafı perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

İsrailin energetika və infrastruktur naziri Eli Kohenlə görüşdə enerji sahəsində səmərəli qarşılıqlı münasibətlərin qurulduğu, bu istiqamətdə işbirliyinin gücləndirilməsi məqsədilə işlərin davam etdirildiyi qeyd edilib, iqtisadi tərəfdaşlığın inkişafı imkanları diqqətə çatdırılıb. Azərbaycanın İsrailin enerji təhlükəsizliyində rolu, bu ölkənin qaz yataqlarının istismarında SOCAR-ın təcrübəsindən istifadənin önəmi qeyd olunub. Görüş zamanı iqtisadi sferada əhəmiyyətli təşəbbüs və layihələr, enerji gündəliyinin prioritet istiqamətləri dəyərləndirilib.

İsrailə səfər çərçivəsində bu ölkənin Eksklüziv İqtisadi Zonasında (EEZ) “I” blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, İsrailin enerji və infrastruktur naziri Eli Koen və digər rəsmi şəxslər iştirak ediblər. Bu, SOCAR-ın Azərbaycandan kənarda ilk kəşfiyyat layihəsidir. Lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir.

İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkatla görüşdə ölkələrimizin iqtisadi işbirliyinin genişləndiyi vurğulanıb. Azərbaycanda əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Ölkələrimizin investisiya işbirliyinin prioritetləri, sənaye zonaları çərçivəsində tərəfdaşlıq, biznes nümayəndələrinin işgüzar əlaqələri, rəqəmsal inkişaf üzrə təcrübə mübadiləsi və s. məsələlər nəzərdən keçirilib.

Səfərdə həmçinin, SOCAR və “Union Energy” şirkəti tərəfindən Eksklüziv İqtisadi Zonasında birgə kəşfiyyat işlərinin aparılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Union Energy” şirkətinin icraçı direktoru Oded Nagar imzalayıblar. Vurğulanıb ki, sənədin icrası tərəflərin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə və yeni enerji ehtiyatlarına çıxışına təkan verəcək.

İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşdə İsraillə strateji müttəfiqlik, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, iqtisadi-ticarət əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri Zeev Elkinlə görüşdə əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdiyi bildirilib. Tərəflər qarşılıqlı biznes və ticarət əlaqələrinin dəstəklənməsi barədə fikirlərini bölüşüb, Hökumətlərarası Komissiyanın fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müzakirə aparıblar.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment