Banklar


Kapital Bank-da təyinat: Fərid Məmmədov Müşahidə şurasının sədri seçildi
18.03.2025

Uğurlu korporativ idarəetmə strategiyasına malik olan “Kapital Bank” ASC-nin Müşahidə Şurasına yeni rəhbər təyin olunub. Belə ki, “Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən 17 mart 2025-ci il tarixindən etibarən “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü, Bir ekosisteminin Baş İcraçı Direktoru, zəngin maliyyə tərcübəsinə sahib Fərid Məmmədov bankın Müşahidə Şurasına yeni sədr təyin edilib.

Qeyd edək ki, Fərid Məmmədov daha öncə “Kapital Bank”ASC-də İdarə Heyətinin sədrinin birinci müavini, “PAŞA İnvestments” MMC-də Müşahidə Şurasının üzvü, “PAŞA Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC-də Direktorlar Şurasının sədri, “PAŞA Bank Gürcüstan”da  Müşahidə Şurasının sədri, “Paşa  Bank Türkiyə”-də İdarə Heyətinin sədr müavini, “Paşa Bank” ASC-də Müşahidə Şurasının üzvü, “PAŞA Holding” MMC-də Risk Departamentinin direktoru kimi bir çox məsul vəzifələrdə çalışıb.

O, bakalavr təhsilini prezident yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə alıb. MBA dərəcəsinə İspaniyada yerləşən “IE Business School” da yiyələnib. Qeyd edək ki, Fərid Məmmədov nüfuzlu CFA kvalifikasiyasına sahibdir.

Beləliklə “Kapital Bank”ASC-nin Müşahidə Şurasının tərkibi aşağıdakı strukturdan ibarətdir:

Məmmədov Fərid Usad oğlu – Müşahidə Şurasının sədri

Qasımov Cəlal Ələkbər oğlu – Müşahidə Şurasının üzvü

Alexey Marey – Müşahidə Şurasının üzvü

Həsənov Oqtay Arif oğlu - Müşahidə Şurasının üzvü

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment