Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır
19.03.2025
18 mart 2025-ci il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 85,705,700.00 manat, repo faiz dərəcəsi 6.00%-8.00% təşkil edən bağlanılmış 28 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 7.75%, 2W AINAAO (13-15 gün) üzrə 6.86% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAIB (1-3 gün) üzrə 7.75% təşkil etmişdir.