Digər xəbərlər


“Caspian Energy Club”ın yeni İdarə Heyətinin ilk iclası keçirilib
19.03.2025

Ənənəyə uyğun olaraq, hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü “Caspian Energy Club”ın İdarə Heyətinin üzvlərinin seçkiləri keçirilir. 12-14 mart tarixlərində keçirilən seçkilərdə 1560 səs verilib, onlardan 1410 səs anket formatında, 150 səs isə onlayn şəkildə qeydə alınıb.

Bu barədə "Caspian Energy Club"ın İdarə Heyəti seçkilərinin Təşkilat Komitəsinin sədri Rasim Mahmudov məlumat verib.

Seçkilərin nəticələrinə əsasən, "Caspian Energy Club"ın İdarə Heyətinin sədri vəzifəsinə Telman Əliyev 31,67% səslə seçilib. Yeni İdarə Heyətinə həmçinin Fariz Sultan-Əhmədi ("By Mygroup Holding") 8,91%, İlqar Nuri ("Veysəloğlu") 8,08%, Natiq Paşayev ("Caspel") 7,44%, Valeh Məhərrəmov ("Canon Azərbaycan") 7,24%, Şəhla Axundova ("ERP SYSTEMS") 6,79%, Rəşad Abasov (ASE şirkətlər qrupu) 6,73%, Əsəd Nəsrullayev ("Debet Safety") 6,54%, Anar Ağayev ("Food City Agrocomplex") 5,45% və Rəşad Hüseynli (“SOCAR-Uniper” LLC) 5,06% səslə daxil olublar.

İdarə Heyətinin seçilməsindən dərhal sonra 18 mart tarixində "Caspian Energy Club"ın ilk iclası keçirilib. İclasda təşkilatın növbəti il üçün fəaliyyət strategiyası və həm qısa, həm də uzunmüddətli hədəfləri müzakirə edilib. Həmçinin yeni İdarə Heyətinin ilk iclası çərçivəsində komitələrin, işçi qrupların rəhbərlərinin və regional nümayədlərin təyinat proseduru da müzakirə edilib.


İdarə Heyətinin üzvləri habelə "Caspian Energy Club" tərəfindən 5-7 il ərzində Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) idarəolunması mövzusunu ətraflı müzakirə ediblər. Müzakirə nəticəsində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən şirkət və müəssisələri birləşdirən vahid MİLLİ.BİZ işqüzar platformasının yaradılması haqqında qərar alınıb. MİLLİ.BİZ platformasının sahibkarların məhsul və xidmətlərini beynəlxalq bazara

çıxarmasına və rəqabət qabiliyyətini artırmasına dəstək olmaq; dövlət qurumları və yerli hökumət nümayəndələri ilə əlaqələri gücləndirmək; qadın sahibkarları, kiçik və orta biznesi inkişaf etdirmək və maarifləndirmək; sahibkarlar üçün maliyyə əlçatanlığını artırmaq,

treninqlər və təlimlər təşkil etmək; müəssisələrin avtomatlaşdırılması və innovativ texnologiyaların tətbiqinə dəstək vermək; xarici investorların regionlara səfərlərini təşkil etmək; startapların və gənc sahibkarların inkişafına kömək etmək; kadr hazırlığını və ixtisasartırmanı təşviq etmək; sahibkarların mövqeyini hökumət və Milli Məclis nümayəndələrinə çatdırmaq əsas hədəfləridir.

İdarə Heyətinin üzvləri seçkilərin şəffaf və uğurlu şəkildə keçirilməsinə dəstək göstərən "Caspian Energy Club"ın İdarə Heyətinin seçkilərinin Təşkilat Komitəsinin sədri Rasim Mahmudova, “FCHAIN Corporation” şirkətinə və “Caspian Energy Club”ın İdarə Heyəti seçkilərinin Müşahidə Komisiyasının sədri Valid Hüseynova xüsusi təşəkkürünü bildiriblər. 

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”ın dəstəyi ilə “Caspian Energy İnternational Media Group” fəaliyyət göstərir və 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy İnternational Media Group”un fəaliyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini və Xəzər-Qara Dəniz və Baltikyanı ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan

bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya, yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment