Banklar


Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
19.03.2025

19 mart 2025-ci il tarixində ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktor Fərid Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə mentorluq proqramı çərçivəsində görüş keçirib.

Görüş zamanı bank sektorunda innovativ yanaşmalar, rəqəmsal transformasiya, müasir liderlik prinsipləri, risklərin idarə olunması və biznesin davamlı inkişaf strategiyaları kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Fərid Hüseynov bilik və təcrübə mübadiləsinin uğurlu liderlərin yetişməsində əsas rol oynadığını vurğulayaraq, mentorluq proqramının gənc idarəçilər üçün unikal inkişaf fürsəti yaratdığını bildirib. O, Elnur Abdullazadənin bu prosesdə əldə edəcəyi bilik və bacarıqların gələcək karyerasında mühüm rolundan bəhs edib.

Daha sonra Fərid Hüseynov mentinin Kapital Bank-da həyata keçirilən innovativ layihələrlə və bankın əsas biznes prosesləri ilə tanış olacağını vurğulayıb. O, eyni zamanda bir il ərzində bankın müxtəlif departamentləri ilə əməkdaşlıq edərək real iş proseslərini izləmək və idarəetmə təcrübəsini artırmaq imkanı da əldə edəcək.

 “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Layihə gənc və perspektivli idarəçilərin aşkarlanması, inkişaf etdirilməsi və ölkənin müxtəlif sahələrində liderlik potensiallarının artırılması məqsədi daşıyır. Mentorluq proqramı isə bu müsabiqənin mühüm hissəsidir və qaliblərin dövlət və özəl sektorun nüfuzlu rəhbərləri ilə birbaşa əlaqə qurmasına şərait yaradır.  Qeyd edək ki, hazırda beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi davam edir. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir və 10 aprel 25025-ci il tarixinədək davam edəcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment