Banklar


Rabitəbank Ramazan bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib
30.03.2025

Rabitəbank korporativ social məsuliyyət sahəsindəki sadiqliyini bir daha nümayiş etdirərək Ramazan bayramı ərəfəsində şəhid ailələrinin yanında olub.Bankın təşkilatçılığı,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə Kürdəmir, Şamaxı və Ağsu rayonları üzrə 100-dək şəhid ailəsi ziyarət edilərək, onlara Ramazan payları təqdim edilib.










Ziyarət zamanı bank nümayəndələri, şəhid ailələrini bayram münasibəti ilə təbrik edərək, qəhrəman şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edib, onların ailələrinə hər zaman dəstək olacaqlarını bir daha vurğulayıblar. Şəhid ailələrinə edilən bu dəstək, yalnız maddi yardım göstərmək deyil, həm də onlara ruh yüksəkliyi və bayramın verdiyi ümidin bir hissəsi olaraq görülüb.

Xatırladaq ki, Rabitəbank korporativ social məsuliyyəti çərçivəsində şəhid ailələri və qazilərə hər zaman həssaslıqla yanaşır və Qarabağ uğrunda döyüşlərin ilk günlərindən bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment