Digər xəbərlər


“Turizm və xidmət üzrə iş Komissiyası”nın iclası keçirilib
30.03.2025

Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın iclası keçirilib. İclasda Komissiyanın yeni nizamnaməsi, sektorda kadrların hazırlanması ilə bağlı uğurlar barədə məlumat verilib. Xüsusən Komissiyanın xətti ilə 12 ixtisas üzrə Sumqayıtda Qastroturizm Akademiyasının yaradılması qeyd edilib.

ASK komissiyasının sədri Ruslan Quliyev, ölkəmizin turizm potensialını xaricdə tanıtmaq üçün görülən işlər və 2025-ci ildə iştirak edəcəkləri dörd beynəlxalq tədbir haqqında fikirlərini bölüşüb. O, Şərqi Zəngəzurun turizm potensialı ilə bağlı yeni bir layihənin nəzərdə tutulduğunu bildirib.

Komissiya üzvləri 2025-ci ildə sektorun vəziyyəti, qarşıdakı gözləntiləri müzakirə ediblər. Qeyd edilib ki, bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar ölkəmizə gələn turistlərin sayı ötənilkindən az olub.

Komissiyanın sədr müavini Ceyhun Aşurov regional turizmin inkişafı üçün təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəyə daha çox turistin gəlməsi üçün daha çox səbəblər yaratmaq lazımdır. Azərbaycanın 8 beynəlxalq hava limanından yalnız birinin – Heydər Əliyev adına Bakı hava limanının effektiv işlədiyini diqqətə çatdıraraq regionlarda aeroportların inkişafının vacibliyini qeyd edib.

Ümumilikdə isə qeyd edək ki, Azərbaycan 2024-cü ildə 2023-cü il ilə müqayisədə turizmdə 30 faiz artım əldə edib, lakin 2019-cu il səviyyəsinə çatmayıb.

Komissiya sektorun vəziyyəti ilə bağlı keçirilən sorğunun nəticələrini də açıqlayıb. Nəticələrə görə, peşəkar kadr çatışmazlığı, investisiya mühiti, vergi tənzimləmələri, turizm məkanlarının investisiya üçün açılması, maliyəyə çıxış, dövlət satınalmaları kimi məsələlər ilk sıralarda yer alır.

İclasda regionlarda bir, iki, üç ulduzlu otellərin tikilməsi üçün müvafiq investisiya mühitinə ehtiyac duyulduğu, rəsmi qeydiyyatı olmadan sosial şəbəkələr üzərindən turizm xidməti satanlara qarşı müvafiq addımların atılması da müzakirə edilib.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment