Digər xəbərlər


Bank icması Azərbaycan Banklar Assosiasiyasının 35 illiyini qeyd edir
30.03.2025

Bu gün ölkənin bank sektorunun birliyi olan Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35-ci, Azərbaycan Bank Maliyyə Tədris Mərkəzinin 25-ci ildönümünü qeyd edirik. Hazırda Assosiasiya 22 bank, 2 bank olmayan kredit təşkilatı və bank-maliyyə sektoru ilə əlaqədar 3 digər təşkilat olmaqla 27 üzvü birləşdirir.

Assosiasiya üzvlərinin korporativ maraqlarını təmsil edən, onların dayanıqlı inkişafını dəstəkləyən və bank sektorunda innovasiyaların tətbiqini təşviq edən əsas qurumdur. Assosiasiyanın tərkibində Azərbaycan Bank Maliyyə Tədris Mərkəzi, “Banklar və Biznes Qəzeti”, “Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar bağça-lisey-məktəb kompleksi”, “Bank Ombudsmanı” və “Münsiflər Məhkəməsi” fəaliyyət göstərir.

Assosiasiya, nəzdində fəaliyyət göstərən 17 Ekspert Qrupu vasitəsilə sektorun inkişaf hədəflərini və çağırışlarını müzakirə edərək bankçılığın cari və gələcək inkişaf strategiyasının yönləndirilməsinə töhfə verir. Bankların beynəlxalq əlaqələrinin qurulmasına və xarici təcrübənin öyrənilməsinə önəm verərək, Assosiasiya dünyanın müxtəlif bank birlikləri ilə ikitərəfli əməkdaşlıq edir və bir sıra regional maliyyə qurumlarının üzvüdür. Xüsusilə, Assosiasiya Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının yaradılmasının əsas təşəbbüskarlarından biri olmuşdur.

Assosiasiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətin qanunverici, icraedici və məhkəmə orqanları, ictimai təşkilatlar və həmçinin beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri yaratmış, bank qanunvericiliyinin təkmilləşdirilməsi, bank infrastrukturunun formalaşması, ölkədə həyata keçirilən iqtisadi islahatların bank sektoru tərəfindən dəstəklənməsində əhəmiyyətli işlər görməyə davam edir.

Assosiasiya həmçinin FINTEX Sammiti və Beynəlxalq Bankçılıq Forumu kimi nüfuzlu beynəlxalq və regional tədbirlərin təşkilatçısıdır. Hər il Bakıda keçirilən bu tədbirlərdə maliyyə-bank sahəsində yeni trendlər, dayanıqlı bankçılıq, müasir tənzimləmə çərçivələri və təhlükəsizlik mövzuları işıqlandırılır.

Bu gün qarşımızda duran prioritet hədəflərimizə işğaldan azad edilmiş torpaqlarımız daxil olmaqla, ölkəmizin bütün ərazisində maliyyə inklüzivliyinin dərinləşməsi və əlçatanlığının genişləndirilməsi, sektorda rəqəmsallaşmanın inkişafı, dayanıqlı və aşağı karbonlu iqtisadiyyata keçidə töhfə verəcək dayanıqlı və “yaşıl” layihələrin maliyyələşdirilməsinin genişləndirilməsi, maliyyə savadlığının artırılması, sahibkarlara və vətəndaşlarımıza müasir və etibarlı bank-maliyyə xidmətləri təqdim edərək müştəri məmnunluğunun maksimum təmin edilməsi, eləcə də korporativ sosial məsuliyyətimizə sadiqlik daxildir.

Bütün bu hədəflərə maliyyə ekosisteminin digər iştirakçıları ilə əməkdaşlıq çərçivəsində maneəsiz nail olacağımıza inanırıq.

Ölkə rəhbərliyinin daima diqqət və qayğısı, Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi, vətəndaşlarımızın etimadı, üzvlərin birliyi, qətiyyəti və yaradıcı ideyaları sayəsində Assosiasiya öz üzvləri ilə birlikdə qarşılaşdığı bütün çağırışların öhdəsindən layiqincə gəlmişdir.

Bu əlamətdar yubiley münasibətilə üzvlərimizi, onların rəhbərlərini və əməkdaşlarını, Ekspert Qruplarımızın çoxsaylı üzvlərini səmimi qəlbdən təbrik edirik. Əldə etdiyimiz nailiyyətlər birliyimizin və ümumi məqsədlərimizə çatmaq üçün birgə səylərimizin nəticəsidir.

Əminik ki, qarşıdakı illərdə də sektorun qabaqcıl texnoloji trendlərə əsaslanan dinamik inkişaf tempini qoruyaraq sahibkarlarımıza və vətəndaşlarımıza innovativ və etibarlı bank-maliyyə xidməti göstərməyə, həmçinin real iqtisadiyyatın aktiv maliyyələşdirilməsi vasitəsilə ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə birlikdə mühüm töhfələr verməyə davam edəcəyik.

Gələcəyin bankçılığını birlikdə qururuq !

Azərbaycan Banklar Assosiasiyasının 35 illik yubileyinə həsr olunmuş Banklar və Biznes jurnalının xüsusi buraxılışında yer alan "ABA haqqında" məqaləni təqdim edirik:

ABA haqqında - https://aba.az/wp-content/uploads/2025/03/ABA-haqqinda.pdf

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment