“Xəstəxanadaxili Klinik Sənədləşmə: keyfiyyətə nəzarət“ mövzusunda seminar həyata keçiriləcəkdir.
11 aprel 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 14:00-da “Xəstəxanadaxili Klinik Sənədləşmə: keyfiyyətə nəzarət“ mövzusunda seminar həyata keçiriləcəkdir.
Seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Seminar bütün ixtisaslı həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.