Digər xəbərlər


Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib
10.04.2025

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Pakistana səfəri çərçivəsində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, işgüzar dairələr arasında işbirliyinin dəstəklənməsi, həmçinin sərmayələrin artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.

Pakistan İslam Respublikasının Baş naziri cənab Şahbaz Şərif iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qəbulda Azərbaycan - Pakistan əməkdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirildiyi vurğulanıb. Azərbaycanla Pakistan əlaqələrinin starteji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq bildirilib.

Qeyd edilib ki, iki dost və qardaş ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi-ticari, enerji, qeyri-neft-qaz və digər sahələrdə səmərəli əməkdaşlıq üçün hər iki tərəfin geniş potensialının olduğu vurğulanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Müzakirələrdə iki qardaş xalq arasında ticarətin, investisiyaların və uzunmüddətli iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. 

Azərbaycan-Pakistan iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi üçün perspektivlər, həmçinin tərəflər arasında iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirilib. Ölkələrimizin iqtisadi sahədə birgə fəaliyyətinin gündəmində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi, xüsusilə infrastruktur, enerji və İT kimi sektorlarda daha geniş təşəbbüslər üçün katalizator rolunu oynaya biləcək prioritet layihələrin reallaşdırılmasına  maraq ifadə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşüb.

İki ölkə arasında biznes tərəfdaşlığının şaxələndirilməsi, işgüzar dairələr arasında işbirliyinin dəstəklənməsi, enerji, infrastruktur, mədənçilik və digər sahələrdə yeni investisiya layihələrinin icrası, həmçinin sərmayələrin artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Azərbaycanın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal layihələr, habelə reallaşdırılan investisiya layihələri barədə məlumat verilib. Bu xüsusda, Pakistanın işgüzar dairələri ilə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment