Digər xəbərlər


KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib
11.04.2025

Keniyaya səfər çərçivəsində KOBİA nümayəndələri bir sıra görüşlər keçirib, Keniya iş adamlarının Azərbaycanın biznes və investisiya imkanları barədə suallarını cavablandırıblar. 

Dünya Palata Federasiyasının Afrika Sammitində (“WCF Africa 2025) iştirak etmək, eləcə də sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Nayrobi şəhərində səfərdə olub. 

Dünyanın70-ə yaxın ölkəsindən ticarət palatalarının təmsilçilərinin və iş adamlarının qatıldığı tədbirdə KOBİA nümayəndələri aidiyyəti qurum və təşkilatlarla fikir və təcrübə mübadiləsi aparıblar. 

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Keniyanın İxracın Təşviqi və Brendinq Agentliyinin(KEPROBA) başdirektoru Floys Mukabana, Keniya Milli Ticarət və Sənaye Palatasının (KNCCI)baş direktoru Ahmed Farah və vitse-prezidenti Mustafa Ramadhan, kooperativlər və mikro, kiçik və orta müəssisələrin inkişafı naziri Vycklif Oparanya, eləcə də Dubay Ticarət Palatasının vitse-prezidenti Hasan Əl Haşemi, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikovilə görüşlər keçirib. GörüşlərdəKeniya ilə ticarət əlaqələrinin inkişaf perspektivləri və bu sahədə KOB-ların iştirakı, sahibkarlar arasında əməkdaşlıq, biznesə dəstək və xidmət göstərən strukturlar arasında münasibətlərin qurulması, sahibkarlıq sahəsində təcrübə mübadiləsi, biznes imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.  

KOBİA nümayəndələri Azərbaycanda biznes fəaliyyətinə və investisiya qoyuluşuna maraq göstərən Keniya iş adamları ilə də görüşüblər. Görüşdə KOBİA tərəfindən ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlar, güzəştlər, biznes fəaliyyəti və sərmayə qoyuluşu üçün prioritet sektorlar, Agentliyin Azərbaycanda biznes fəaliyyətinə və sərmayə qoyuluşuna maraq göstərən xarici iş adamlarına göstərə biləcəyi dəstək barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Həmçinin səfər zamanı KOBİA nümayəndələri Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfirliyində olublar.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment