Fond birjası


Bakı Fond Birjası Abu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısı (AIM) Konqresində iştirak edib
14.04.2025

7-9 aprel 2025-ci il tarixlərində Bakı Fond Birjasının (BFB) İdarə heyətinin sədri Ruslan Xəlilov Abu-Dabidə keçirilmiş İllik İnvestisiya Toplantısı (AIM) Konqresi çərçivəsində baş tutmuş fond birjaları rəhbərlərinin dəyirmi masa toplantısında iştirak etmişdir.

Tədbirin məqsədi dünyanın aparıcı fond birjalarının rəhbərlərini bir araya gətirərək, 2025-ci ildə qlobal maliyyə bazarlarında baş verən dəyişiklikləri müzakirə etmək, yeni tendensiyalar üzrə fikir mübadiləsi aparmaq, bazar dəyişikliklərinə yönəldilmiş innovativ həll yolları və davamlı inkişaf strategiyalarını araşdırmaq, eləcə də fond birjaları arasında əməkdaşlığı gücləndirmək və ortaq çağırışlara və imkanlara birlikdə cavab vermək üçün platforma yaratmaqdır. Həmçinin tədbirdə bazar sabitliyinin, şəffaflığın və investor etimadının artırılmasına yönəlmiş birgə strategiyalar da müzakirə olunub. Görüş çərçivəsində əsas diqqət üç istiqamətə yönəldilib: tənzimləyici çağırışlar və imkanlar, ölkələrarası listinq və əməkdaşlıq, həmçinin dayanıqlı maliyyələşmə və ESG inteqrasiyası.

BFB-nin  İdarə heyətinin sədri Ruslan Xəlilov tədbirdə çıxışı zamanı Azərbaycanın kapital bazarlarının inkişafına dair yol xəritəsini təqdim edərək, ilkin kütləvi təklif (İKT) üçün nəzərdə tutulmuş hədəfli korporativ vergi güzəştləri, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə uyğunlaşdırılmış hüquqi çərçivələr, eləcə də ölkələrarası listinq proseslərinin sadələşdirilməsi kimi təşəbbüslər haqqında danışıb. Eyni zamanda, fond birjalarının konsolidasiyası mövzusuna toxunaraq, bu prosesin investor çıxışının genişlənməsi və likvidliyin artırılması kimi üstünlükləri ilə yanaşı, texniki inteqrasiya və sistem riskləri baxımından da diqqətlə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, AIM Konqresi 2025 AIM Qlobal Fondu tərəfindən təşkil olunmuş və müxtəlif formatlarda keçirilən tədbirləri – forumlar, dialoq sessiyaları, seminarlar, yüksək səviyyəli görüşlər, AIM investisiya mükafatları və sərgisi, startap yarışmaları və ölkə üzrə spesifik investisiya imkanlarının təqdimatlarını özündə birləşdirmişdir. Konqres səkkiz əsas sahəni əhatə edir: xarici birbaşa investisiyalar (FDI), qlobal ticarət, startaplar və “unicorn”lar, gələcəyin şəhərləri, gələcəyin maliyyəsi, qlobal istehsalat, rəqəmsal iqtisadiyyat və sahibkarlıq.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment