Digər xəbərlər


Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqlənib
15.04.2025

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19 mart 2025-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə 09 aprel 2025-ci il tarixində qüvvəyə minib. Meyarların mətni ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://e-qanun.az/framework/59299

Azərbaycan Respublikasının Mərkəzi Bankı, qanunvericiliyə müvafiq olaraq, sistem əhəmiyyətli bankların meyarlarını və həmin meyarlar əsasında sistem əhəmiyyətli bankları müəyyən edir. Qeyd edək ki, ölkəmizin bank qanunvericiliyinə sistem əhəmiyyətli bank anlayışı və bununla əlaqədar tələblər 2017-ci ildə gətirilmiş, Meyarların ilk versiyası 2019-cu ildə təsdiq edilərək sistem əhəmiyyətli bankların müəyyən edilməsinə başlanılıb.

Sistem əhəmiyyətli banklar bütün maliyyə sektorunun dinamikasını müəyyən edir. Həmin bankların əməliyyatlarının əhatə dairəsi və həcmi nəzərə alınaraq, bu banklar üzrə maliyyə dayanıqlığının pozulması sistem risklərin aktivasiyasına gətirib çıxara bilər. Bu baxımdan, Mərkəzi Bankın əsas vəzifəsi hər hansı bankın sistem əhəmiyyətliliyini adekvat şəkildə müəyyən etməkdən ibarətdir. Bunun üçün potensial riskləri azaltmaq məqsədilə sistem əhəmiyyətli banklara münasibətdə düzgün uyğunlaşdırılmış tənzimləyici tələblərin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Bankın sistem əhəmiyyətli təşkilat kimi təsnifləşdirilməsi hər hansı üstünlük deyil. Bu və ya digər bankın sistem əhəmiyyətli və ya qeyri-sistem əhəmiyyətli olması onun maliyyə dayanıqlığının daha möhkəm və ya daha zəif olması anlamına gəlmir. Əksinə, sistem əhəmiyyəti bankın rəhbərliyinin bütövlükdə maliyyə sektoru, eləcə də digər iqtisadi subyektlər qarşısında artan məsuliyyəti deməkdir. Bu isə öz növbəsində, belə bankların əlavə normativ tələblərə əməl etməsini zəruri edir. Buna nümunə olaraq, sistem əhəmiyyətli banklar üçün əlavə kapital tələblərini (məcmu və birinci dərəcəli kapitalının adekvatlığı üzrə), fərqli leverec əmsalı tələbini göstərmək olar.

Əlavə olaraq qeyd edək ki, 2024-cü ilin dekabr ayında Mərkəzi Bankın “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” və “Risk-əsaslı nəzarət üzrə siyasət konsepsiyası” təsdiq edilərək geniş ictimaiyyətə açıqlanıb (keçidlər: https://www.cbar.az/press-release-4923/central-bank-unveils-banking-sectors-macroprudential-policy-framework, https://www.cbar.az/press-release-4928/the-central-bank-has-approved-the-policy-concept-on-risk-based-supervision). Göründüyü kimi, beynəlxalq standartlara müvafiq olaraq, Mərkəzi Bank özünün prudensial tənzimləmə və nəzarət alətlərindən istifadə edir, habelə “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində sözügedən alətlərin modernizasiyası istiqamətində tədbirlərini davam etdirir.

Qeyd edək ki, Meyarların yeni redaksiyasında bankların sistem əhəmiyyətliyinin müəyyən edilməsi üzrə indikatorların çəki dərəcələrinə yenidən baxılmış, bəzi yeni indikatorlar əlavə olunmuş, hesablama metodologiyası təkmilləşdirilib. Əvvəlkindən fərqli olaraq, yenilənmiş Meyarlar, sistem əhəmiyyətli bankları başlıca olaraq onların aktivlərinin həcmi əsasında deyil, maliyyə və iqtisadi sistemdə iştirak səviyyəsini daha dəqiq əks etdirən digər indikatorlar da nəzərə alınmaqla müəyyən etməyə imkan verir. Belə ki, Meyarlarda, bankların ölçüsü göstəricisinin hesablanmasına depozit portfelinin həcmi indikatoru daxil edilmiş, əvəzolunmazlıq göstəriciləri olaraq bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı, unikal müştəri sayı, bankın bankomatlarının, xidmət etdiyi POS-terminallarının, habelə filiallarının sayı indikatorları əlavə olunub.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment