Digər xəbərlər


Türkiyə ticarət nazirinin müavini Ağdam Sənaye Parkında olub
16.04.2025

Türkiyə nümayəndə heyətinə Ağdam Sənaye Parkında sahibkarlar üçün yaradılmış əlverişli işgüzar mühit və güzəştlər barədə məlumat verilib.

Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri ilə tanış olub. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə keçirilən görüşdə qonaqlara işğaldan azad olunmuş ərazilərimizdə, eyni zamanda Ağdam Sənaye Parkında görülmüş işlər, investorlar üçün cəlbedici imkanlar, sahibkarlıq fəaliyyəti üçün yaradılmış infrastruktur, tətbiq edilən vergi, gömrük və digər güzəştlər barədə məlumat verilib.

Bildirilib ki, dövlət başçısı cənab İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.  Qarabağla digər bölgələrin qovşağında yerləşən  Ağdam Sənaye Parkı rezident sayına görə ölkə üzrə sənaye parkları arasında ikinci yerdədir.  Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir. Burada istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçirilir.

Nümayəndə heyəti parkın ərazisində yerləşən istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Türkiyə nümayəndə heyəti səfər çərçivəsində Xankəndi və Şuşa şəhərlərində olub, tarixi yerləri ziyarət edib, bərpa və yenidənqurma işləri ilə maraqlanıb.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment