Digər xəbərlər


ASK-nın Tikinti üzrə komissiyası sektorda baş verən son hadisələri müzakirə etdi
17.04.2025

ASK-nın Tikinti üzrə Komissiyası Sektorda Baş Verən Son Hadisələri Müzakirə Etdi

Azərbaycan Sahibkarlar Konfederasiyasının İnşaat və tikinti materialları istehsalı müəssisələri ilə iş komissiyasının iclası keçirilib. İclasda vətəndaşların əmlak hüquqları, tikintidə təhlükəsizlik məsələləri, aparılan yoxlamalar müzakirə olunub. Hündür mərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərlə vətəndaşlar arasında yaranan mübahisəli məsələlər və çıxış yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İclasda Yasamal Melissa Park-da baş verən hadisə ilə bağlı video nümayiş olunub. Tikinti şirkətləri bu hadisənin səbəbləri və çıxış yolları haqqında fikir və rəylərini bölüşüblər. Komissiya üzvləri bildiriblər ki, konkret bu hadisədə tikinti şirkətinin atdığı addım etik və praktik deyil. Paytaxtda gedən tikinti prosesləri zamanı müəyyən ərazidə sakinlərin 70-80 faizi köçürüldüyü halda, bir neçə sakinin razılaşmaq istəməməsi ciddi problemlər yaradır. Sahibkarlar hesab edirlər ki, bununla bağlı müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi və uyğun prosedurların müəyyən edilməsinə böyük ehtiyac var. Yalnız bu halda vətəndaş və sahibkar üz-üzə qalmayacaq, tikinti prosesində çəkilən əlavə xərclər, xüsusən də işlər başlamasa da sahibkarın ödədiyi kirayə haqları, götürdüyü kreditlər üzrə faizlər nəticədə daşınmaz əmlak bazarında formalaşan maya dəyərin artmasına səbəb olur. Hətta bir neçə analoji halda tikinti şirkətləri müflisləşmə ilə üzləşiblər. Ona görə də tikinti şirkətləri müəyyən qiymətləndirmə əmsallarının hazırlanmasını və köçürülmə proseslərinin də buna uyğun həyata keçirilməsini təklif edirlər.

Komissiyanın sədri Şahin Məmmədov səsləndirilən təkliflərin sənəd halında işlənərək müvafiq dövlət qurumlarına təqdim edilməsi barədə açıqlama verib. Sonra tikintidə təhlükəsizlik qaydaları ilə bağlı standartların tətbiqi məsələsinə toxunulub və Komissiya üzvlərinə bu qaydalardan irəli gələn məsələlərə ciddi yanaşmaq tövsiyə edilib. Ş.Məmmədov bildirib ki, bədbəxt hadisələrin baş verdiyi iqtisadi sektorların önündə məhz tikinti sektoru gəldiyindən hər bir şirkət təhlükəsizlik riski üzrə ümumi dəyərləndirmə həyata keçirməlidir.

İclasda bəzi yoxlayıcı qurumların özəl şirkətlərdə apardığı yoxlamalara da diqqət yetirilib. Xüsusən də avadanlıqların yoxlanılması, şirkətlərə məxsus yük maşınlarının hərəkəti zamanı qanunsuzluq hallarının olduğu bildirib. İclas gündəlikdə qoyulan məsələlər üzrə real təkliflərin sistemləşdirilməsi ilə işini başa çatdırıb.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment