Banklar


Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub
17.04.2025

Unibank KB ASC fəaliyyətini beynəlxalq ESG standartlarına uyğunlaşdırmaq və uzunmüddətli dəyər yaratmaq məqsədilə daha bir vacib addım atıb. Bank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF - PartnershipforCarbonAccountingFinancials) qoşulub. Unibank Azərbaycandan bu təşəbbüsə qoşulan ilk bankdır. Bu tərəfdaşlıq bankın şəffaflığın artırılmasına töhfə verməklə yanaşı, maliyyələşdirilən emissiyaları ölçmək və iqlim riskləri ilə mübarizəyə təkan vermək üçün imkan yaradacaq.

Unibank KB ASC-ninİdarə Heyətrinin sədri Fərid Abuşov bildirib: “ Bu addım Bankımız tərəfindən dayanıqlı maliyyə sahəsində atılmış növbəti öncül və nümunəvi addımlarından biridir. Bu, Bizim dayanıqlılıqla bağlı uzunmüddətli baxışımıza, habelə AR Mərkəzi Bankının “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi”nə uyğundur. PCAF-a qoşulmaqla, Bank kreditləşmə fəaliyyətinin karbon izini ölçmək və açıqlamaq öhdəliyi götürür. PCAF-ın qlobal standartından istifadə şəffaflığı və hesabatlılığı təmin edir. Bu bizə maraqlı tərəflərin gözləntilərinirealizasiya etməyə, ölkənin milli prioritetlərinə və beynəlxalq öhdəliklərə töhfə verməyə kömək edəcək. Uzunmüddətli davanıqlılıq baxışımıza uyğun olaraq, karbon izinin qiymətləndirilməsi təcrübəmizi təkmilləşdirmək üçün PCAF-a qoşulmaqdan qürur duyuruq. PCAF-a qoşulmaqla biz dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa töhfə verməyi hədəfləyirik”. 

Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığı (PCAF) kreditlər və investisiyalar hesabına maliyyələşdirilən istixana qazı emissiyalarının razılaşdırılmış standartlar üzrə qiymətləndirmələrini və açıqlamalarını təmin etmək üçün dünya maliyyə inistitutları arasında əməkdaşlıqdır. Qrup altı qitədən 500-dən çox maliyyə institutu ilə Şimali Amerika, Latın Amerikası, Avropa, Afrika və Asiya-Sakit okean regionunda sürətlə genişlənir.


Unibank haqqında 

Unibank Azərbaycanın ən böyük özəl banklarından biridir. Bank 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilib və 2002-ci ilin oktyabr ayının 15-də aparıcı banklardan olan PROMTEXBANK-la birləşərək, adı “Unibank”a dəyişdirilib. Unibank müasir bankçılıq texnologiyalarına və yenilikçi məhsullara fokuslanaraq Azərbaycan bank sektorunda öz yerini möhkəmləndirib. Bank müxtəlif vaxtlarda TheBanker və Euromoney tərəfindən Azərbaycanın Ən Yaxşı Bankı kimi tanınıb. Azərbaycan qiymətli kağızlar bazarının öncül iştirakçılarından olan “Unicapital” İnvestisiya Şirkətinin 100 %-lik nizamnamə kapitalı “Unibank”a məxsusdur. Unibank 2021-ci ildə ölkənin ilk yalnız mobil bankı olan LeoBank-ı istifadəyə verib. 2024-cü ildə bank Azərbaycanın kapital bazarında 20 milyon manatlıq yaşıl istiqrazlar buraxaraq, ölkənin aparıcı maliyyə institutlarından biri kimi mövqeyini daha da möhkəmləndirib. Ətraflı məlumat üçün: https://unibank.az

PCAF haqqında

Karbon Mühasibat Maliyyələri üzrə Tərəfdaşlıq (PCAF) 2019-cu ilin sentyabrında qlobal miqyasda istifadəyə verilib. Hazırda 500-dən çox maliyyə institutu PCAF təşəbbüsünə qoşulub. PCAF iştirakçıları öz kreditlərinin və investisiyalarının istixana qazı emissiyalarını ölçmək və açıqlamaq üçün Maliyyə Sənayesi üçün Qlobal İXQ Mühasibatlığı və Hesabat Standartını birgə hazırlamaq üçün birlikdə işləyirlər. Ətraflı məlumat üçün https://carbonaccountingfinancials.com ünvanına baxın

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment