Digər xəbərlər


Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında ölkəmizin innovativ yanaşmaları müsbət qiymətləndirilib
21.04.2025

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin nəşrində Azərbaycanda DİM-lərin icrasının maliyyələşməsi üçün tətbiq olunan innovativ yanaşmalar müsbət qiymətləndirilib və üzv ölkələrə bu yanaşmanın tətbiqi tövsiyə olunub.

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin Könüllü Milli hesabatların hazırlanmasına həsr olunmuş 2025-ci il üzrə nəşrində Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) icrasının maliyyələşməsi üçün tətbiq olunan innovativ yanaşmalar müsbət qiymətləndirilib və üzv ölkələrə bu yanaşmanın tətbiqi tövsiyə olunub.

Ölkəmiz DİM-lərin maliyyələşdirilməsində yerli resurslardan istifadə etməklə potensial maliyyə boşluqlarının aradan qaldırılması məqsədilə İnteqrə Edilmiş Milli Maliyyələşdirmə Sənədi və DİM İnvestor Xəritəsindən istifadə edib. Bundan əlavə, DİM-lərlə uyğunlaşdırılması məqsədilə müxtəlif dövlət xərcləri kateqoriyaları üzrə büdcə xərclərinə dair hesablamalar aparılıb. 2022-ci il üzrə dövlət büdcəsinin DİM-lərlə əlaqələndirilməsi nəticəsində konsolidasiya olunmuş büdcə xərclərinin 82,3%-i milli DİM məqsəd və hədəfləri ilə uyğunlaşdırılıb və bu da həmin il üzrə ÜDM-nin təxminən 23%-ni təşkil edib.

Nəşrdə Orta Müddətli Xərclər Çərçivəsində kənd təsərrüfatı, təhsil və ətraf mühit sahələrində xüsusi planların hazırlanması, həmçinin yaşıl maliyyənin təşviqi üçün ətraf mühit, sosial və idarəçilik prinsiplərinin tətbiqi müsbət qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan DİM-lərin icrası istiqamətində artıq 4 dəfə (2017, 2019, 2021 və 2024-cü illərdə) BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edib. Azərbaycan dünya üzrə yalnız 5 ölkədən biri, regionda və MDB məkanında isə yeganə ölkədir ki, təşkilata 4 Könüllü Milli Hesabat təqdim edib.

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin Könüllü Milli hesabatların hazırlanmasına dair nəşri ilə bu link vasitəsilə tanış olmaq olar: https://mdgs.un.org/sdgs/files/meetings/vnr-workshop-dec2024/Handbook_2025.pdf


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment