Digər xəbərlər


Dr. İsmayıl Əfəndiyev Səhiyyədə İqtisadi Qiymətləndirmə üzrə Beynəlxalq Seminarda iştirak edib
21.04.2025

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev 13–19 aprel 2025-ci il tarixlərində Niderland Krallığının Maastricht Universiteti tərəfindən Avstriya Respublikasının Zaltsburq şəhərində təşkil olunan “Səhiyyədə İqtisadi Qiymətləndirmələr” mövzusunda beynəlxalq seminarda iştirak etmişdir.

Seminarda səhiyyə sistemində iqtisadi qiymətləndirmələrin və iqtisadi səmərəliliyin artırılması, göstərilən tibbi xidmətlərin xərc-effektivlik və xərc-fayda analizləri vasitəsilə təhlili, bu qiymətləndirmələr əsasında tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə mütəxəssislərinin iqtisadi biliklərinin inkişafı və digər mühüm məsələlər müzakirə olunmuşdur. Tədbirdə 26 ölkədən səhiyyə sistemində rəhbər vəzifələrdə çalışan 38 nümayəndə təmsil olunub.

Dosent İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında iqtisadi səmərəliliyin və pasiyent məmnuniyyətinin artırılması məqsədilə görülən işlər, tibbi xidmətlərin çeşidinin genişləndirilməsi, gündəlik tibbi təcrübədə beynəlxalq sübutlara əsaslanan protokolların tətbiqi, İcbari Tibbi Sığorta Agentliyi ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərinin iqtisadi prioritetləşdirilməsi, eləcə də qərarların formalaşdırılmasında xərc-effektivlik qiymətləndirilməsinin əsas vasitələrdən biri kimi qəbul edilməsi barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir.

Dr. İsmayıl Əfəndiyevin çıxışı beynəlxalq ekspert auditoriyası tərəfindən böyük maraqla qarşılanmış və iştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırılmışdır.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment