Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Dr. Vüsal Cəfərov, Avropa Uşaq Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi Avropa Uşaq Cərrahiyyəsi “Board” imtahanını uğurla keçərək, beynəlxalq səviyyədə tanınan sertifikata layiq görülüb.
Qeydedək ki, Avropa Uşaq Cərrahiyyəsi “Board” imtahanı, uşaq cərrahiyyəsi sahəsində ən yüksək səviyyəli təhsil və təcrübə tələb edən bir imtahan olmaqla, yalnız ən yaxşı mütəxəssislərin qəbul etdiyi və beynəlxalq tibb aləmində önəmli yer tutan bir təltifdir. Bu əhəmiyyətli nailiyyət Dr. Vüsal Cəfərovun peşəkar biliklərini və cərrahiyyə sahəsindəki dərin təcrübəsini bir daha təsdiqləməklə yanaşı, Mərkəzi Gömrük Hospitalında pasiyentlərə ən yüksək standartlara cavab verən müasir və yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsinin bariz nümunəsdir.
Dr.Vüsal Cəfərovu bu möhtəşəm uğur münasibətilə təbrik edir, uşaq cərrahiyyəsinin inkişafına verdiyi töhfələr istiqamətində ona yeni-yeni nailiyyətlər diləyirik!