Digər xəbərlər


“Bilim Azərbaycan” layihəsinin növbəti imtahanı baş tutub
21.04.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin dəstəyi ilə Qubada “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi üzrə test imtahanı təşkil olunub.

İmtahan “ASAN xidmət” və Türkiyə Texnologiya Komandası Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Bilim Azərbaycan” layihəsi çərçivəsində keçirilib.

Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəbdə keçirilən imtahanda Quba, Qusar və Xaçmaz rayonlarının ümumtəhsil məktəblərində təhsil alan 4, 5, 6 və 7-ci sinfi bitirən 1000-ə yaxın şagird iştirak edib.

Şagirdlər riyaziyyat, alqoritm, təbiət elmləri və ümumi dünyagörüşü üzrə sualları cavablandırıblar.

Ən yüksək nəticə göstərən 80 şagird yaxın zamanda fəaliyyətə başlayacaq “Bilim Quba” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq imkanı qazanacaq.

Nəticələrin bir həftə ərzində yoxlanılması, valideynlərə SMS və elektron poçt vasitəsilə göndərilməsi nəzərdə tutulub.

Həmçinin www.deneyap.az saytından da öyrənmək mümkün olacaq.

Layihə çərçivəsində “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanları 2022 və 2024-cü illərdə də keçirilib. Ümumilikdə 160 şagird laboratoriyada 3 illik təhsil hüququ əldə edib.

“Deneyap” texnologiya laboratoriyasında həyata keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının formalaşdırılmasına və ölkənin texnologiya sahəsində inkişafına xidmət edir. Təlimlər iki mərhələdən ibarətdir: ilk mərhələdə 24 ay layihə əsaslı tədris həyata keçirilir, sonra 12 aylıq komanda dövrü başlayır. Şagirdlər bu müddətdə 11 fərqli texnologiya mövzusu üzrə biliklər əldə edir və hər mərhələnin sonunda komanda şəklində hazırladıqları layihələri nümayiş etdirirlər.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment