Fond birjası


Bakı Fond Birjası STP Şirkətlər Qrupu ilə əməkdaşlığı gücləndirir
21.04.2025

18 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının nümayəndə heyəti STP Şirkətlər Qrupunun nümayəndələri ilə Sumqayıt Texnologiyalar Parkında görüşüb.  

Bu görüş STP Şirkətlər Qrupu ilə Bakı Fond Birjası arasında mövcud olan əməkdaşlıq memorandumu çərçivəsində baş tutub. Memorandum eyni zamanda Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı və şirkətlərin yerli kapital bazarları vasitəsilə maliyyəşməsinin təşviqi istiqamətində atılmış addımların tərkib hissəsi olan Listinq Məsləhət Proqramını (LMP) da əhatə edir. LMP çərçivəsində Bakı Fond Birjası iştirakçı şirkətin ehtiyaclarına uyğun birja fəaliyyəti və qiymətli kağız buraxılışı ilə əlaqədar məsləhət xidmətlərinə dəstək olur, LMP tərəfdaşlarının kapital bazarlarına dair təşkil etdiyi təlimlərə dəvət edir, üzv investisiya şirkətləri barədə iştirakçıya ətraflı məlumat verir, qiymətli kağızların emissiyası ilə bağlı digər tövsiyələr verir.

Sonda Bakı Fond Birjasının nümayəndə heyəti «STP Polymer»   və «STP Global Cable» müəssisələrini ziyarət edərək hər iki şirkət arasında qurulmuş əməkdaşlığın gücləndirilməsi istiqamətində addımları müzakirə ediblər.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment