Banklar


Kapital Bank beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş oldu
22.04.2025

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi strategiyası çərçivəsində ölkənin birinci bankı Kapital Bank, “Uzum”ekosisteminə daxil olan“MAKESENSE”şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırıb. Bu vəsait ekosistemin taksitlə ödəniş xidmətinin və digər fintex həllərinin inkişafına yönəldiləcək.Qeyd edək ki, sözügedən sindikativ kredit Özbəkistanın ən böyük özəl maliyyə qurumlarından biri olan Kapital Bank ilə tərəfdaşlıq çərçivəsində birgə maliyyələşdirilib.

Sindikat kreditləşməsi bir neçə maliyyə institutu tərəfindən bir borcalana təklif olunan beynəlxalq maliyyələşdirmə alətidir. Qlobal tərəfdaşlığın genişləndirilməsi məqsədi daşıyan bu əməkdaşlıqla, Kapital Bank tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat kreditinin verilməsini həyata keçirir. 

Qeyd edək ki, “Uzum Holding” Özbəkistanda rəqəmsal maliyyə xidmətləri, e-ticarət və bankçılıq həllərini bir araya gətirən böyük İT ekosistemidir. Ekosistemə onlayn ticarət platforması, ekspress çatdırılma xidməti, klassik və rəqəmsal bankçılıq, “BNPL” (İndi al, sonra ödə) modeli, avtomobil satışı platforması və sahibkarlar üçün mobil tətbiq daxildir.

Təkcə ötən il ərzində Kapital Bank dünyanın aparıcı maliyyə institutlarının təşkil etdiyi bir sıra sindikat kredit layihələrində də aktiv iştirak edib. Xüsusilə qonşu ölkələr Türkiyə və Özbəkistanda olan, “Türkiye İş Bankası”,“Vakıf Bankası”,“Ziraat Bankası” və “Agrobank Uzbekistan” kimi nüfuzlu maliyyə qurumlarına qısa və orta müddətə kreditlər verilib. Beynəlxalq bazarda yeni imkanlar açan bu əməkdaşlıqlar Kapital Bank üçün banklararası müxbir əlaqələrin gücləndirilməsi, yeni təcrübələrin öyrənilməsi, eləcə də daha müştəriyönümlü xidmətin təşkili üçün böyük əhəmiyyət kəsb edir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment