"International Leasing" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
23.04.2025
23 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"International Leasing" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001023236
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı
1,000 ədəd
İlkin ticarət qiyməti
1,000 manat
İstiqrazların buraxılış həcmi
1,000,0000 manat
İllik gəlirlilik faizi
18%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir